Tarix

08.09.10 00:00

AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

DAK informasiya mərkəzi “Media forum” saytına istinadən Azərbaycan respublika elan ediləndən bəri mövcud olmuş dövlət bayraqlarını oxuculara təqdim edir.

31.08.10 00:00

Qubadlının işğalından 17 il ötür

Qubadlı rayonunun işğalında 17 il ötür. 17 iolir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi.

23.08.10 00:00

Cəbrayıl və Füzulinin işğalından 17 il ötür

Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ...

23.07.10 00:00

Ağdamın işğalından 17 il ötür

 Azərbaycanın Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 17 il ötür. 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini bütünlüklə işğal edən ermənilər ətraf rayonlara qarşı hərbi əməliyyatları genişləndirib. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları iyulun 23-də Ağdamın süqutu ilə başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar.

11.05.10 00:00

Ermənilərin Qubada öldürdüyü 300-dən çox insanın adı bəlli olub

DAK informasiya mərkəzinə daxil olan məlumata görə , siyahı Qubadakı kütləvi məzarlıqda yaradılacaq xatirə muzeyində nümayiş etdiriləcək. 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri dəhşətli qətliamda öldürülən dinc insanların 300-dən çoxunun şəxsiyyəti dəqiqləşdirilib. Bu barədə Quba rayon prokuroru Nazim Hacıyev məlumat verib. Onun sözlərinə görə, qətliama məruz qalan insanların şəxsiyyəti tarixi faktlar, hadisənin canlı şahidlərinin ifadələri və yaxud həmin insanların yaxınlarının ifadələri ilə müəyyənləşdirilib.

07.05.10 00:00

QAN YADDAŞIMIZ

Bu faktlar yüz il ərzində arxasında imperialist qüvvələrin durduğu quldur millətçi erməni-hayların azəri türklərinin başına gətirdiyi faciələrin bir hissəsidir. Faciələrimiz: Qısa tarixi məlumat 1813-28 il Azərbaycan ərazisi 410 min kvkm. olmuşdur və «Gülüstan», «Türkmənçay» sülh müqavilələrindən sonra 280 min km2 İranın tərkibində qalmışdır. 1828-ci il Şimali Azərbaycandan 130 min km2 Rusiya ərazisinə qatılmışdır. 6-9 fevral 1905-ci il. 114 min km2 olan ərazidə azərbaycanlıların soyqırımı.

04.05.10 00:00

Dərbənd - yaşanan səssiz deportasiya

Dərbənd YUNESKO-nun qərarı ilə dünyanın ən nadir muzey şəhərlərindən biri hesab olunur. Rusiya, Fransa, Almaniya, İngiltərə, Türkiyə və digər dövlətlərdən gələn arxeoloq, etnoqraf, salnaməçi alimlərin elmi araşdırmalarında da təsdiq olunur ki, bu şəhərin beş min illik yaşı var. Bəşər sivilizasiyasında beş min il yaşı olan və bu günlərə qədər şəhər kimi öz varlığını saxlayan ikinci bir yaşayış məskəni yoxdur. Bu qədim şəhərin arxeoloji qazıntıları da sübut edir ki, Dərbənd türklüyün beşik mədəniyyətinin bir yadigarıdır.

31.03.10 00:00

31 mart Azərbaycanlıların soyqırım günüdür

Bu gün erməni-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı soyqırım törətməsindən 92 il ötür. I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən Ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə Bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şuarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Bu üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı.

26.02.10 00:00

Xocalı soyqırımından 18 il ötür

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırım da həyata keçiriblər. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin törətdiyi ən dəhşətli hadisələrdən biridir. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl - fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub.

14.08.09 00:00

Ağcabədidə qədim yaşayış məskəni aşkar edilib

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Arxeoloqlar Ağcabədi rayonu ərazisində əntiq dövrə aid şəhər tipli yaşayış məskəni aşkar ediblər. Qədim şəhər rayonun Salmanbəyli kəndi yaxınlığında, Qarqar çayının sahilindəki təpə ərazisində yerləşir. Maraqlıdır ki, yerli əhali də hansısa səbəblərdən bu sahəni Qalatəpə adlandırır. Qazıntı işlərinə başçılıq edən Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri Təvəkkül Əliyevin sözlərinə görə, aşkar olunan yaşayış məskəninin 2500 il yaşı var.


1 2 3

Geri   Yuxarı







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq