Məqalələri


- 07.04.10 14:37 VƏHDƏTİ VÜCUD FƏLSƏFƏSI REAL DÜNYADA
- - Qulam Rza Səbri Təbrizi - Pozulmamış dünya
- - DAK FƏXRİ SƏDRi PROF.QULAMRZA SƏBRI TƏBRİZİNİN YENİ ÇAPDAN ÇIXMIŞ “POZULMAMIŞ DÜNYA” ADLI ŞEİR KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
- - Belçikada keçirilən Güney Azərbaycan təşkilatlarının 2-ci dialoq toplantısında "Güney Azərbaycan Azadlıq Cəbhəsi" təsis edildi
- - DAK fəxri sədri Prof.Səbri Təbrizi Ukraynanın Azərbaycandakı səfiri ilə görüş keçirib
- - DAK fəxri sədri prof.Qulamrza Səbri Təbrizi Ukrayna səfərinin yekununa həsr olunmuş mətbuat konfransı keçirdi (video görüntü)
- - UNIAN- Ukrayna Milli informasiya agentliyində DAK –ın Press konferensiyasi kecirildi
- - DAK-in fəxri sədri prof. Qulamrza Səbri Təbrizi Ukrayna nümayəndəliyinin 28 may- Azərbaycan Respublikası gününə həsr olunmuş təntənəli tədbirdə iştirak edib
- - DAK fəxri sədri prof.Q.S.Təbrizinin Ə.Elcibəylə müsahibəsi (ilk dəfə)
- - DAK fəxri sədri prof.Q.S.Təbrizi Ukraynada səfərdədir
- - Space TV, "Gündəlik" proqramı
- - GünAzTv. MÜSAHİBƏ (video görüntü)
- - DAK fəxri sədri Prof.Qulamrza Səbri Təbrizinin Dünya Azərbaycanlılarının I Qurultayında tarixi çıxışı (video görüntü)
- - MÜHACİRƏT, YAXUD ÖMRÜN QÜRUB ÇAĞLARI
- - QORQUD XARAKTERI VƏ TÜRK RUHU
- - Q.S.Təbrizi - Ömür yolu
- - FİKİR MÜCƏSSƏMƏSİ
- - Dünya Azərbaycanlıları Konqresində Qazaxıstan və Ukraynadan gəlmiş diasporçularla görüş
- - SƏMƏD BEHRƏNGİ YARADICILIĞINDA HUMANİZM
- - SOYDAŞLARIMIZ VAHİD İDEYA ƏTRAFINDA BİRLƏŞİRLƏR
- - BÖYÜK UŞAQ
- - QULAMHÜSEYN SAEDİ YARADICILIĞINDA SOSİAL-MƏNƏVİ PROBLEMLƏR
- - BÖYÜK MÜTƏFƏKKİR
- - ANA DİLİ PROBLEMİ
- - DAK fəxri sədri prof.Qulamrza Səbri Təbrizi və DAK İH-nin üzvü prof.V.Sultanlının GünazTV-yə müsahibəsi (video görüntü)
- - DAK fəxri sədri prof.Q.S.Təbrizinin bizimtebriznews-a musahibəsi (video)
Mən vəhdəti-vücud fəlsəfəsini öz həyatımdan öyrənmişəm. Anam, atam, bacılarım, qardaşlarım, ətrafımdakı insanlar, ağaclar, güllər, çəmənlər, dağlar və təbiətdə mövcud olan minlərlə şeylər, ümumilikdə həyatdakı bütün canlı və cansız varlıqlar mənim ruhumda birləşiblər. Təbiətdə mövcud olan bu varlıqlar elə məndə vahid fikir, vahid vücud yaradıblar. Bu birlik ruhumda maddi dünyayla elə sıx birləşib və yenidən doğulublar ki, ruhun və maddənin ya təbiətin ayrılığından söhbət gedə bilməz.
Illərlə bu vəhdəti-vücud fəlsəfəsi Şərq və Qərb mütəfəkkirlərin fikirlərini məşğul edib. Məsələn, V.Bleyk (1757-1827) tamam şeir və nəsr əsərlərini (peyğəmbəranə yazılarım) bu mövzuya həsr edibdi. Onun məşhur “The Marriage of Heaven and Hell” (Cənnət və cəhənnəmin vəhdəti) kitabı vəhdət-vücudun müdafiəsi üçün yazılıb.İsveç filosof və teoloqu Svedenburq “Heaven and Hell” (Cənnət və cəhənnəm) kitabını ruhun maddi dünyadan ayrı olmasına, Blake isə Svedenburqun “Heaven and Hell” kitabının ziddinə “The Marriage of Heaven and Hell” əsərini yazmışdı.
Mən bu məqaləmdə iki böyük mütəfəkkirin dialoqunu açmaq istəyirəm. Təhqiqatımda nəhayət bu qənaətə gəlmişəm ki, panteizm – vəhdəti-vücud fəlsəfəsi psixoloji və ictimai baxımdan çox modern və sağlam fikir fəlsəfəsində bəşəriyyətin ictimai inkişafında böyük təsiri ola bilər. Bu fəlsəfə yeni ümumbəşəri vəhdəti-vücud fəlsəfəsinin əsasını təşkil edə bilər. Həmçinin, dünyada sülhün qorunmasına, millətlərin bir yerdə, bir məqsəd uğrunda çalışmasına vəhdəti vücud fəlsəfəsi bir insani və real fikir ola bilər. Nəhayət, vəhdəti-vücud fəlsəfəsi insanın fikri təkamülü sayıla bilər.
Ruhu maddənin, maddəni ruhun qarşısında qoymaq – dünyanı pisə (maddiyyat) və yaxşıya (ruhi) fenomenə təqsim etmək insanda psixoloji çatışmamazlıq və ya xəstəlik yarada bilər. Illərlə ruhla maddənin qarşı-qarşıya qoyulmasından insanlar psixoloji əzab çəkiblər.
Bu ikilik məsələsi fəlsəfədə Zərdüşt, Mani və bir çox şərq filosofları tərəfindən araşdırılıb. Məs: Zərdüşt onu “Əhri məzda əhrimən”, Mani “Nur və zülmət” adlandırıb. Dünyanın bu iki haldan ibarət olduğunu qəbul ediblər. Bunlara çoxlu dastanlar, fərziyyələr yazılıbdır. Onların hamısı səy ediblər ki, vəhdəti-vücudun necə yaranmasına şərh yazsınlar və bu məsələni həll etsinlər. Panteizmin fəlsəfəsinin əsası vəhdəti vücuddur ki, cəmiyyət bunu düşünsün. Bu günə kimi aldığım təcrübələrdən bu qənaətə gəlmişəm ki, fəlsəfənin təkamül yolu vəhdəti-vücuddur və odur ki, böyük mütəfəkkirləri, şairləri, filosofları Şərqdə və Qərbdə öz ətrafına yığıbdır və burada da maddi dünyanın mahiyyətini göstərmək istəyiblər. Burda da yenə demək olar ki, maddi aləm ruha bağlıdır və ruh da maddi dünyaya. Birinin varlığı digərinin olmasına bağlıdır, yəni bunlar ayrılmazdır. Insanın narahatlığı və boşluğu, dində və əsatirdə şeytan, cənnət-cəhənnəm məsələsi, bunların hamısı maddi dünyanın yoxluğundan vücuda gəlir. Məs: mən düşünmüşəm ki, tarixdə kişilər qadınları niyə fəsad mənbəyi, günah mənbəyi sayıblar? Belə nəzərə gəlir ki, qadının, ananın və s. olmamasıdır ki, kişidə bu narahatlığı yaradıb. Özümdən deyə bilərəm ki, uşaqlıqda anamı evdə görməyəndə içimdə bir boşluq, narahatqlıq yaranardı, anam gəlincə hirslənərdim. Bu da onu göstərir ki, mənim narahatlığımın səbəbi anamda yox, mənim içimdə yaranan boşluqdadır. Yəni, maddənin olmasının ruha o qədər əhəmiyyəti vardır ki, onun olmaması, insanda ruhiyyəni aradan aparır, ruhun boşluğuna səbəb olur və bu boşluqdur ki, bəşəriyyət üçün cürbəcür adlarla – şeytan, cin və s. rol oynayıblar. Bu boşluqdur ki, vəhdəti-vücudu bir-birinə vurur. Vəhdəti-vücudun insanların rabitəsində, dünya səthində böyük rolu vardır. Bütün müharibələr bu balansın pozlumasından yaranır və qlobal mənada bu əsas məsələdir ki, sülh yaratmaqdan ötrü bu iki qütbi bir-birinə yaxınladır. Bu balansın pozulması cəmiyyətdə də özünü göstərir. Misal üçün, toxu-aca, dövlətlini kasıba, inkişaf etmiş dövləti geridə qalmış dövlətə, millətlərə bağlayır.
Bəşəri mövqiyyətlər o zaman olar ki, bu boşluğu aradan götürüb, insanlar arasındakı bir-birilə münaqişələrinə son qoyulsun. Bu olmaz məgər ki, insaniyyət və iqtisadiyyat bir-birinə qovuşa, ya maddə ruhla bir ola və yaxud, vəhdəti vücud cəmiyyətdən siyasətə, beynəlxalq münasibətə təbdil oluna?
Demək olar ki, vəhdəti-vücud fəlsəfəsi öz bəhsini yalnız fəlsəfi nəzəriyyədə saxlamır. Bəlkə, onu həyatda praktik olaraq tətbiq etmək daha doğrudur. Keçmişdə fəlsəfənin və filosofların yalnışlıqları bu olmuşdur ki, bəhsləri və yazdıqları real həyatdan uzaqda saxlanılıb. Yalnız akademik mühitlə, institutlarla məhdud olublar. Mən böyük şairlərin, yazarların və filosofların həm Şərqdə, həm də Qərbdə vəhdəti-vücud fəlsəfəsinin insan və cəmiyyət həyatdakı böyük rolundan, nüfuzundan, dinlərin bu yolda çatışmamazlığından öz əsərlərində söhbət açdıqlarına diqqət etmişəm. Məs. Qərbdən V.Bleyk, Göte, V.Yets, Şərqdən Nəsimilər, Füzulilər, Nizamilər, C.Rumiləri və s. göstərmək olar. Bu mütəfəkkirlər həm Şərqdə, həm də Qərbdə kilsə və məscidlərdən ibadətgah kimi istifadə olunmasına etiraz ediblər, yəni maddi dünyanın pisə və yaxşıya bölünməsinə qarşı çıxıblar. Məsələn, Qərbdə kilsə ən zəngin institut sayıldğı halda, məscidlərsə “vəqflər” adına insanların mal-mülkünə sahib çıxıblar. Yəni, Şərqdə məscidlərdə mollalar mövhumatla məşğul olublar. Onlar maddi dünyanı sevməyi pis, ruhu dünyanı sevməyisə yaxşı hesab ediblər. Onlara görə öz nəfsi istəklərini qabarıq şəkildə büruzə verənlər cəhənnəm əhli, mənəvi istəklərini irəli sürənlərsə behişt əhli hesab olunmuşlar.
Deyilənlərdən belə qənatə gəlmək olar ki, dindarlar arasında fəlsəfəyə bu baxışlar, insanın fəlsəfi dünyasının dərk edilməsinə zidd baxışdır.
Vəhdəti-vücud fəlsəfəsi, sadə və ayrı formada desək, maddənin varlığı və insanın ruhunda inkişafa kömək etməsidir. Onun olmaması insanın ruhunda ikilik, xəstəlik yaradır. Yəni insan həmişə bölünmüş şəxsiyyətdən psixoloji və ruhi xəstəliklərə düçar olub. Bu ziddiyyətin yaranması tarixdə böyük faciələr törədibdir. Demək olar ki, maddi dünyanın olmaması insanın daxilində çatışmamazlıq, boşluq yaradır. Məsələn, dünya malına həris olan bir adamın cəmiyyətin sərmayəsini öz əlində saxlaması, başqalarının aclığına, ölümünə səbəb olması varlığın və pulun günahı deyil. Bəlkə, həris insanın ruhundakı çatmamazlığdır, dünyanı dar baxışdan görməsidir.
Başqa misal, bir nəfər dənizdə üzə bilməyib boğulubdur. Bu boğulmanın əsas səbəbi su ola bilməz, bəlkə burada boğulmağa səbəb üzməyi bacarmayan və onun ruhundakı çatışmamazlığındandır. Vəhdəti-vücud fəlsəfəsini tarixdə əhəmiyyətini dərk etməyərək bu cür səhvlərə yol veriblər. Maddi dünyanın rolunu ruhun inkişafında və əksinə bunların ikisinin bir olmasını anlamayıblar.
Mən 50 illik təcrübəmdə və tədqiqatımda bu qənaətə gəlmişəm ki, vəhdəti-vücud fəlsəfəsi fərdin, cəmiyyətin və dünyanın inkişafında, sülh və rifahında böyük rol oynayıb və oynaya bilər.
Buna görə də deyə bilərik ki, ruhla maddənin qovuşmaması, ya Şərqlə Qərbin birləşməməsi, qloballaşmanın imkansızlığı səhvdir və yalnış məqsəd daşıyan bir fəlsəfəni davam etdirməkdir. Deyə bilərik, o zaman qan tökmələri dayandırmaq olar ki, dünyanı idarə edənlər pulu, sərvəti, maddi dünyanı sevdikləri kimi insanı və insaniyyəti sevsinlər. İnsanların həyatını, rifahını, sülh şəraitində yaşamasını müqəddəs tutsunlar. Maddi və şəxsi məqsədlərə, mənafelərə xidmət etməkdən əl çəksinlər. Demək olar ki, həqiqi baxış vəhdəti-vücud fəlsəfəsidir və insanda bu fəlsəfəni vücuda gətirməlidir. Bu fəlsəfə elmi bəhsdir, dinə aidiyyəti yoxdur. Fəlsəfə, siyasət ola bilər, amma din və ideologiya siyasət olarsa, o zaman insanlar və dünyadakı münasibətlər dəyişilə bilər. Yalnız elm insanı qan tökməkdən qurtarır. Insanların kütləvi şəkildə dinə getməsi fəlakətdir, buna biz qonşu dövlətdə şahidi olmuşuq.

















