Məqalələri

27.04.10 00:00

MÜHACİRƏT, YAXUD ÖMRÜN QÜRUB ÇAĞLARI

Məhəmmədəli Məhmidlə yetmişinci illərin sonlarında tanış olmuşam. Oğlu Babək məndən xahiş etdi ki, onu Edinburq universitetinə dəvət edim və səfərim bütün xərclərini üzərimə götürdüm. Mən Məhmidin barəsində çox eşitmişdim. Təbrizin qəhrəman oğlu kimi, dünyanın hər üzünü görmüş, məşhur siyasi, fəlsəfi və ictimai məqam sahibi kimi mənim ona uzaqdan-uzağa çox hörmətim vardı. O, uzun illər Tehranda yaşamasına, müxtəlif siyasi qəzetlərdə çalışmasına baxmayaraq, bir yazıçı və vətəndaş kimi heç bir zaman Azərbaycanı, öz xalqını unutmamışdır.

23.04.10 00:00

QORQUD XARAKTERI VƏ TÜRK RUHU

“Kitabi-Dədə Qorqud” eposu haqqında çoxlu tədqiqatlar aparılmış və bu tədqiqatlarda müxtəlif ideyalar irəli sürülmüşdür. Bəzi tədqiqatçılar Dədə Qorqud obrazını yalnız Oğuz türkləri ilə bağlamış, bəziləri isə onu türk-qəhrəmanlıq dastanlarında özünü göstərən, bəşəri xüsusyyətləri əks etdirən ümumiləşmiş qəhrəman kimi təqdim etməyə çalışıblar. Başqa sözlə desək, Dədə Qorqud bir qövmə mənsub olsa da, ümumən insanların bütün müsbət keyifyyətlərini əks etdirən bir qəhrəman kimi canlanmaqdadır.

22.04.10 00:00

FİKİR MÜCƏSSƏMƏSİ

Mən professor Həmid Nitqi ilə 1990-cı ildə Edinburq şəhərində tanış olmuşam. Bir gün Edinburqda yaşayan həkim dostum dedi ki, Sizi bir nəfərlə tanış etmək istəyirəm. Həmin həkim qadın ikinci gəlişində bizim aramızda əlaqə yaratdı. Xatirimdə qalmayıb, ya o mənə, ya da mən ona zəng etdim və görüşməyi qərara aldıq. Elə ilk görüşdən onun Təbrizdən olması, evlərinin, atasının dükanının mənim böyüdüyüm, yaşadığım məhəllədə yerləşməsi qəlbimi həyacana gətirdi. Həmid Nitqi Təbrizin küçələrini, bazarını, meydanlarını elə təsvir edirdi ki, elə bil mənimlə oraları gəzir,

14.04.10 00:00

SƏMƏD BEHRƏNGİ YARADICILIĞINDA HUMANİZM

Azərbaycanın görkəmli yazıçılardan biri olan Səməd Behrəngi haqqında müxtəlif istiqamətli tədqiqatlar aparmaq olar. Mən bu yazımda əsas etibarı ilə onun yaradıcılığnda humanizm məsələni araşdırmağı qarşıma məqsəd qoymuşam. Qeyd edək ki, Səməd Behrəngi yaradıcılığa başlayan kimi dərhal geniş oxucu kütlələrinin diqqətini cəlb elədi. Bəs bunun səbəbi nəydi? Hələ sağlığında o, Güney Azərbaycanın ayrı-ayrı şəhər və kəndlərində şöhrət tapmış, adı dillər əzbərinə çevrilmişdi.

13.04.10 00:00

BÖYÜK UŞAQ

Mənim Əziz Nesinlə tanışlığım və dostluğum 1970-ci illərə təsadüf edir. O, oğlu Əhmədi Edinburqa təhsil almağa göndərirdi. Istanbulda hava livanında görüşərkən xahiş etdi ki, gözüm uşağın üstündə olsun. Əhməd kollecə daxil olduqdan sonra bir müddət bizimlə qaldı, sonra isə özünə ev tutub müstəqil yaşamağa başladı. Bu dövrlərdə Əziz Nesinlə tez-tez rabitəmiz olub. Əlbəttə, Əziz Nesinlə bizi bir-birimizə yaxınlaşdıran təkcə oğlu Əhməd deyildi. Onun yaradıcılığı ilə çoxdan tanış idim.

12.04.10 00:00

QULAMHÜSEYN SAEDİ YARADICILIĞINDA SOSİAL-MƏNƏVİ PROBLEMLƏR

Azərbaycanın Şimalında olduğu kimi Cənubunda da nəsrin yaşı poeziyaya nisbətən cavandır. Lakin cavan olmasına baxmayaraq nəsr daha çox mücərrəd, romantik bir dünyagörüşünün əksinə yönəlmiş poeziyadan fərqli olaraq xalqın problemlərinə, dərdlərinə və onun narahat edən məsələlərə həsasslığı ilə seçilir. Xüsusilə XIX yüzilin sonları və XX yüzilin əvvəllərində baş vermiş siyasi hadisələr – Məşrutə inqilabı, iyirminci illərin azadlıq hərəkatı ədəbiyyatın, o cümlədən nəsrin sosial məzmun kəsb eləməsi üçün imkanlar açır.

07.04.10 00:00

VƏHDƏTİ VÜCUD FƏLSƏFƏSI REAL DÜNYADA

Illərlə bu vəhdəti-vücud fəlsəfəsi Şərq və Qərb mütəfəkkirlərin fikirlərini məşğul edib. Məsələn, V.Bleyk (1757-1827) tamam şeir və nəsr əsərlərini (peyğəmbəranə yazılarım) bu mövzuya həsr edibdi. Onun məşhur “The Marriage of Heaven and Hell” (Cənnət və cəhənnəmin vəhdəti) kitabı vəhdət-vücudun müdafiəsi üçün yazılıb.İsveç filosof və teoloqu Svedenburq “Heaven and Hell” (Cənnət və cəhənnəm) kitabını ruhun maddi dünyadan ayrı olmasına, Blake isə Svedenburqun “Heaven and Hell” kitabının ziddinə “The Marriage of Heaven and Hell” əsərini yazmışdı.

21.02.10 00:00

ANA DİLİ PROBLEMİ

Azərbaycanın Güneyində ana dilində məktəbin olmasının vacibliyi barədə çox düşünmüşəm. Və sual etmişəm ki, nə üçün fars şovinizmi israrla məktəblərdə ana dilində tədrisin qarşısını almağa çalışır. Bir halda ki, fars şovinistləri öz dillərini Tacikstanda, Əfqanıstanda, Hindistanda, hətta Banqladeşdə tədris etməyə milyonlarca vəsait xərcləyir, o zaman nədən türk dilinə bu qədər biganəlik göstərirlər və bir millətin varlığına həqarətlə yanaşırlar. Nəhayət, uzun illərin təcrübəsindən bu qənaətə gəlmişəm ki, Azərbaycan türkcəsinin qadağan olunması bir hakimin, bir mollanın, yaxud bir rejimin işi deyil, bütövlükdə böyük geopolitik siyasətin tərkib hissəsidir.

05.02.09 00:00

Qulamrza Səbri Təbrizi “Səssiz haray” adlı şeir kitabı çapdan çıxdı

Böyük Britaniyanın Edinburq və Bakı Dövlət Universitetlərinin professoru, Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri, şair-publisist Qulamrza Səbri Təbrizinin “Səssiz Haray” adlı kitabı bu günlərdə işıq üzü görmüşdür. Oxuculara təqdim olunan bu kitab müəllifin son illərdə qələmə aldığı, Vətənə həsr olunmuş milli və fəlsəfi şeirlər toplusudur. Kitabda “Körpə səsi”,

26.12.07 00:00

Çeçenistan və çeçen konfliktinin Rusiya, MDB və İrana təsiri

Bir milyondan çox dağ xalqı olan çeçenlər Qafqazın yerlisidirlər və yalnız qonşu inquş dili ilə yaxın əlaqəsi olan məntəqəyə xas nadir bir dildə danışırlar. Sovetlər dövründə kiril əlifbasında yazan çeçenlər, son zamanlar latın qrafikasını qəbul etmişlər.


1 2

Geri   Yuxarı







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq