Müzakirə


- 08.01.08 12:25 Amerika Birləşmiş Ştatlarında
“Ermənistan: “xristian” terrorist dövlətin sirləri”
adlı kitab işıq üzü gördü
Amerikalı xristian alim ABŞ problemlərində erməniləri günahkar gördü.
Müsəlman dünyası Amerikaya niyə nifrət edir? Müsəlman və Birləşmiş Ştatların düşmənliyi nəyə əsaslanır?
Bu cür suallar Arkanzaslı hüquqşünas, keçmişdə hakim işləyən, dindar xristian Samuel Biimsin marağını çəkmişdi. Onun sözlərinə görə o, “müsəlman aləminin Amerikaya olan nifrətinin dəlilli səbəblərindən ən azı birini tapmışdı.”
Biims yazır: “Cırtdan Ermənistan ölkəsi bütün dünyaya səpələnmiş soydaşlarını istifadə edərək, uzun zamandır ki, xristian aləmini islam dünyasına qarşı qoymaq üçün müxtəlif üsüllardan istifadə edir.”
London, Paris, Roma, Moskva, İstanbul və Vaşınqton arxivlərində apardığı araşdırmaların nəticəsi haqda bu Amerikalı hüquqşünas Texas nəşriyatı St. John Pressdə çıxan sensasion kitabında danışır.
Yalnız sənəd və tarixi sübutlara söykənən 400 səhifəlik bu əsərdə müəllif qeyd edir:
“Bu gün Birləşmiş Ştatlarda erməni əsilli amerikalılardan ibarət kiçik bir dəstənin Türkiyəyə qarşı nifrət kampaniyasını alovlandırması gərçəkdən də faciəvi haldır. Türkiyə bizim çoxdankı və etibarlı müttəfiqimizdir. Bu kiçik banda hüquq orqanlarımızı Türkiyəni qondarma 1915-ci il genosidini törətməkdə suçlayan tamamilə mənasız qərarlar qəbul etməyə vadar edir.
Mən aşkar etmişəm ki, erməni əsilli amerikalılar 150 yaşlı “qədim” vətənlərini mükafatlandırmaq naminə türklərdən, eləcə də Amerika xristianlarından böyük məbləğdə pul almaq üçün uydurma, yalan hadisələr yayır.
Amerikalı həmvətənlərimə üzümü tutub sual verirəm: kimə inanırsınız — Osmanlı imperiyasını sağ – salamat tərk edən erməniləri görən Amerikan şahidlərə, yoxsa 1,5 milyon erməninin Osmanlı hakimiyəti tərəfindən öldürülməsi haqda boş-boş danışan ermənilərə?
Bu kitab həmçinin erməni mənbələrinə söykənən tarixi sübutlara əsaslanır. Kimin həqiqət, kimin isə şəxsi xudbin maraqları naminə yalan nağıllar uydurub Amerika xristianlarına yaymasını müəyyən etmək üçün bu kitab yaxşı imkan verir.”
Samuel Biimsin kitabından ABŞdə olduğu kimi, Rusiyada da indiyənədək naməlum qalan bir çox şeylər haqda bilmək olar. Məsələn: “ermənilər əslində necə xristiandır”, “Türkiyəyə qarşı saxta və əsassız erməni iddiaları haqda”, “terror siyasətini gerçəkləşdirmək üçün ermənilər öz kilsəsini necə istifadə edir”, “Qarabağ müsəlmanlarına qarşı ermənilər necə genosid törətmişlər”, “müasir Ermənistanda Hitlerin tərəfində döyüşənlərə olan ehtiram haqda ”, “erməni dövlətinin korrupsiyalaşması haqda”. Həmçinin “Vaşınqton və Bakı arasında dost münasibətlərin inkişafına ABŞ erməni lobbisi necə mane olur” və “pullu erməni agentləri Birləşmiş Ştatlarda ictimai fikri necə formalaşdırır”.
Ermənistan haqda bu sənədli araşdırmanın super üz qabığında müəllif yazır: “Bu kitabı Amerikada yaşayan hər xristian və vergi ödəyənin oxuması vacibdir! ”















