Müzakirə

16px11px
28.07.10 09:10 D.Kemeron: “Avropa İttifaqı Türkiyəsiz güclənə bilməyəcək”


 
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Böyük Britaniyanın baş naziri Devid Kemeronun Türkiyəyə səfəri başlayıb. Ötən gün axşam saatlarında Ankaraya gələn britaniyalı nazir türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Aparılacaq danışıqlardan sonra Türkiyə ilə Böyük Britaniya arasında strateji əməkdaşlıq barədə sənədin yenilənməsi gözlənilir.

Qeyd edək ki, sözügedən sənəd 2007-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniyaya səfəri zamanı imzalanıb. Kemeronu səfərdə xarici işlər naziri Uilyam Xeyq müşayiət edir. İngilis hökumətinin başçısı Türkiyənin Avropa Birliyinə də üzvlüyünü dəstəklədiklərini bildirib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, ortaq hədəfləri Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünə şübhə edənləri bu fikirdən daşındırmaq və Türkiyənin Aİ-nin üzvü olmasının vacibliyini onlara izah etməkdir.

“Ortaq hədəfimiz Türkiyənin Avropa İttifaqına üzvlüyünə şübhə edənləri bu fikirdən daşındırmaqdır. Düşünürəm ki, tənqidçilər yanılırlar. Çünki Türkiyə ilə ticarət əlaqələrini genişləndirən ölkələr bundan qazanıblar. İtirənlər Türkiyə ilə ticarəti artırmayanlardır. Qütbləşənlər də xətalıdır, Türkiyənin Şərq və ya Qərb ölkəsi olmasını qabartmaq lazım deyil. İslam burada problem deyil. Avropa İttifaqı Türkiyəsiz olarsa, daha güclü olmayacaq”, - deyə Kemeron söyləyib.

 

Bu xəbər 15 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq