Müzakirə


- 27.07.10 10:18 MOSSAD rəhbəri İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyi halda Səudiyyə Ərəbistanı ilə mümkün əməkdaşlığı müzakirə edib.
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın rəhbəri Meir Daqan iyulun 23-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda olub. bu barədə “WorldNetDaily” (WND) nəşri məlumat yayıb.
Meir Daqan Ər-Riyadda Səudiyyə Ərəbistanının hərbi və xüsusi xidmət orqanlarının rəhbərliyi ilə görüş keçirib. “WorldNetDaily” anonim ərəb mənbəyinə istinadən yazır ki, MOSSAD rəhbəri Ər-Riyadda İsrailin İranın nüvə obyektlərinə zərbə endirəcəyi halda Səudiyyə Ərəbistanı ilə mümkün əməkdaşlığı müzakirə edib. lent.az

















