Müzakirə

16px11px
26.07.10 08:24 İran hakimiyyətinin atom-nüvə proqramı iddiasından cəmiyyətin adi və işgüzar təbəqəsi daha çox əziyyət çəkir.

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Ölkə iqtisadiyyatında yaranmış böhranı aradan qaldırmaq, onu dirçəltmək üçün İslam Respublikasının rəhbərliyi çıxış yolunu ... gəlir vergisini artırmaqda görür. Bu isə ciddi narazılığa səbəb olub.
 

Ötən həftənin sonunda Güney Azərbaycanın Urmiya şəhərində iş adamları Təbriz bazarı tacirlərinin başladığı etiraz aksiyasını dəstəkləyərək, tətil ediblər.  Urmiya bazarında hələlik parça, məişət əşyaları və qızıl məmulatları satan dükan yiyələri bu tədbirə qoşulub. Xəbərdə o da bildirilir ki, yaxın günlərdə tələbat malları, məişət avadanlığı mağazalarının sahibləri də tətilə qoşulacaqlar.

Havaların isti keçməsi ilə əlaqədar İran hakimiyyəti ölkənin 20-yə yaxın əyalətində dövlət müəssisələrində işi iki sutkalığa dayandıranda yerli mütəxəssislər o saat bildirdilər ki, bu addım tətil aksiyalırının qarşısını almağa yönəlib.

Təbriz bazarında iş adamlarının tətilinə gəldikdə, "canaz.tv"yə istinadən məlumatlarda bildirilib ki, iş adamları gəlir vergisinin 70 faiz artırılmasına, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan yarımhərbi dəstə - bəsiclər tərəfindən Elnaz Babazadənin faciəli şəkildə öldürülməsinə, Güney Azərbaycan türklərinin milli haqlarını tələb edənlərin tutulmasına etiraz edirlər.

Dinc etiraz aksiyası zamanı Təbriz bazarında sahibkarlar iş yerlərini, ticarət mərkəzlərini, dükanlarını açmayıblar. Şəhərin küçə divarlarında "Vergi artımı dayandırılsın!", "Azərbaycan türklərinə qarşı qətllərə son qoyulsun!", "Siyasi məhbuslara azadlıq!", "Türk dilində mədrəsə olmalıdır, hər kəsə!", "Türk milləti çəkməz belə zilləti!" və s. şüarlar yazılıb.

Mənbənin bildirdiyinə görə, polis hadisə yerini bütövlükdə mühasirəyə alıb. Bu da anlaşılandır. İran hakimiyyəti "ictimai təhlükəsizlik" kampaniyası adı altında ölkə vətəndaşlarının hüquqlarını tapdayır, bir sıra hallarda onları fiziki cəhətdən "aradan götürür". Bu onların praktikasında adi haldır.

Ötən həftənin sonunda Təbrizin "Vəli-əsr" məhəlləsində 26 yaşlı Elnaz Babazadə adlı gənc qız başını "islam qaydaları"na uyğun örtmədiyinə görə dini hakimiyyətin məmurları tərəfindən vəhşicəsinə öldürüldüyü xəbəri yayıldı.

İnsan Haqlarını Müdafiə Təşkilatının "HERANA" adlı saytının məlumatına əsasən, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, "bəsic" adlanan yarımhərbi dəstənin üzvləri Təbrizin "Vəli-əsr" məhəlləsində Elnaz Babazadənin sürdüyü maşını saxladaraq, ona "baş örtüyünün islam qaydalarına uyğun örtülmədiyini" bildirmiş və onlarla bir yerdə polis bölməsinə getməsini tələb etmişlər. Elnaz Babazadə onların bu tələbinə tabe olmaqdan imtina edir...

İran hakimiyyətinin quldur təbiətli 3 məmuru gənc qızın üstünə odlu silah çəkir, idarə etdiyi şəxsi minik maşınına soxulub, onu xəlvət yerə aparırlar. Bu üç məmur gənc qızı zorlayaraq, tapança ilə başından vurub qətlə yetirirlər... Elnaz Babazadənin cəsədini isə Təbrizin "İmamiyyə" qəbiristanlağına atırlar...

Mənbənin məlumatına görə, Elnaz Babazadəyə təcavüz edib, qətlə yetirənlərdən biri yüksək mənsəbli qvardiya komandirlərindən birinin oğludur. Qatil öz vəhşi hərəkətinə bəraət qazandıraraq deyib ki, "Allahın əmri"ni yerinə yetirib (?), "hicabsızlığa" qarşı mübarizə aparıb.

Vergi məsələsinə qayıdaq. Hakimiyyət keçən illə müqayisədə gəlir vergisini 2,5 dəfə artırmaq niyyətində idi. Ancaq Tehran bazarının tacirləri verginin bu səviyyədə artırılacağına qarşı tətilə baş vuracaqları ilə bağlı xəbərdarlıq etdilər. Hətta Tehranda dükan və bazar etiraz niyyəti ilə bir günlüyə qapadıldı. Tacirlərin bu addımından narahat olan hökumət bir az geri çəkilərək, vergini 70 faiz artırdığını bildirdi. Tətil dalğasının böyüyüb inkişaf edəcəyindən ehtiyat edən hökumət gəlir vergisinin 15 faizə qədər endirildiyi barədə söz-söhbət gəzməkdədir. Tacirlər isə buna inanmır, hökumətin bu xəbəri rəsmi şəkildə elan etməsini istəyirlər.

Yeri gəlmişkən, iqtisadi məzmunlu belə tətillər İranda az hallarda keçirilir. 2008-ci ildə Tehran bazarının keçirdiyi tətil bir həftə sürmüşdü. Onda da hökumət əlavə dəyər vergisini artırmaq istəyirdi. Tətildən sonra hakimiyyət bu addımından əl çəkdi.

Hakimiyyət vergini "ölkə iqtisadiyyatının dirçəldilməsi məqsədi" ilə artırmaq istədiyini bildirir. Amma belə bir fikir var ki, atom-nüvə proqramı böyük pullar "yediyindən" ölkə maliyyə çətinliyi içərisindədir və iqtisadiyyat fəlakətə doğru gedir. Bu halda hökumətin vergiləri artırmaqdan başqa çarəsi yoxdur. S.Sədrəddin

Bu xəbər 17 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq