Müzakirə

16px11px
21.07.10 09:14 Ter-Petrosyan: "Müharibə təhlükəsi hələ də var, xalqı aldatmaq lazım deyil"

Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, Ermənistanda adam qalmayacaq. Belə bir bəyanatla Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan çıxış edib. O, paytaxt İrəvanda keçirilən “Erməni beynəlxalq hərəkatı”nın 16-cı toplantısında çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ və Türkiyə-Ermənistan problemi həll olunmadan Ermənistanın təhlükəsizlik, iqtisadi və demokratik sahədə inkişafı ilə əlaqədar problemləri davam edəcək.

Keçmiş dövlət başçısı Robert Köçəryanın “Ermənistan daha 100 il blokada şəraitində yaşaya bilər” bəyanatını şərh edən Ter-Petrosyan əhalinin ölkəni tək etməsinin faciəvi nəticələrə gətirib çıxaracağını deyib: ”Ermənistan 100 il daha blokada şəraitində qalarsa, bu vəziyyətdə ölkədə Ermənistan vətəndaşı qalmayacaq. Qarabağ münaqişəsi ilə bağlı durumun bu şəkildə qalmasını dəstəkləyənlər ölkədən gedənlərin dalğasını necə dayandıracaqlarını bilmirlər”.

Ermənistanın ilk prezidenti Qarabağda müharibənin başlama ehtimalını da istisna etməyib. O həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin bu məsələdən agah olduğunu bildirib: "Son diplomatik səylər münaqişənin həllinə yönəlib. Müharibə təhlükəsi hələ də var, xalqı aldatmaq lazım deyil”.

Petrosyan Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan münasibətlərində hər hansı bir irəliləyişin olmayacağını da söyləyib. Onun fikrincə, bunun üçün ilk növbədə Ermənistan rəhbərliyi bu münaqişəni həlli etməlidir.
ANS

Bu xəbər 14 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq