Müzakirə

16px11px
20.07.10 08:06 İranda təkpartiyalılıq istəyi məğlubiyyətə uğrayacaq

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən İran parlamentinin sabiq spikeri Mehdi Kərrubi deyib ki, İranın təkpartiyalı rejim olmağa doğru hərəkət etməsi məğlubiyyətə məhkumdur. Bu barədə "Etimad-e Milli" partiyasının rəsmi xəbər saytı "sahamnews" məlumat verib.

"Etimad-e Milli" partiyasının baş katibi, prezidentliyə sabiq namizəd və islahatçı lider Mehdi Kərrubi Əhmədinejadın ölkədə partiyalar və azadlıqla bağlı son çıxışını "şübhəli" adlandırıb və deyib ki, "respublika öz-özlüyündə çoxpartiyalılıq deməkdir".

Mahmud Əhmədinejad bir neçə gün öncə İran universitetlərinin birində demişdi ki, müxtəlif siyasi cəbhələrin yaradılması ilə İnqilabın bəzi dəyərləri məhv oldu. Əhmədinejad "bizim rejimdə təkcə bir partiya var və o da vilayət partiyasıdır" demişdi. Onun bu çıxışı İranda bəzi siyasi şəxslərin tənqidinə səbəb olmuşdu.

"İctimaiyyətdə partiya, qrup, müxtəlif siyasi cinahların qanun çərçivəsində fəaliyyət göstərməsi respublikanın əsl mənasıdır və digər tərəfdən İslamda da çoxpartiyalılıq mövcuddur", - Kərrubi deyib. O hesab edir ki, ölkədə analoqu olmayan "fırıldaqçılıq, yalan, hoqqabazlıq və avamlıq" yaranıb.

Kərrubi deyib ki, çoxpartiyalılığa qarşı çıxmaq İslamı düzgün anlamamaqdan irəli gəlir və bu, şiə və sünni alimlərinin əqidəsinə ziddir.

Bu xəbər 13 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq