Müzakirə

08.09.10 00:00

BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

BMT Baş Assambleyasında “GUAM məkanında dondurulmuş münaqişələr və onun beynəlxalq sülh, təhlükəsizliyə təsiri və inkişafı” adlı qətnamə müzakirəyə çıxarılıb. Qəbul olunan qətnamədə Gürcüstanda baş verən münaqişələr nəticəsində zorakılıq yolu ilə demoqrafik vəziyyətin dəyişməsindən narahatlıq ifadə olunur.

08.09.10 00:00

"İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri hazırda cəbhənin şimal-qərb hissəsində müşahidələr aparır. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, həmsədrlər təqribən saat 11 radələrində monitorinqin keçiriləcəyi Tərtər-Ağdərə yoluna gediblər.

08.09.10 00:00

Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

İran zindanları getdikcə azaırbaycan türkləri ilə dolduqca, azadlıq tələbi və özgürlük arzularıda get-gedə artır. Milli hüquqlar zəminində dinc fəaliyyət göstərən soydaşlarımızın İran rejimi tərəfindən təzyiqə məruz qalması və onların həbsə atılması millətimiz tərəfindən nifrətlə qarşılanır. Millətimiz bu qeyri-insani və qeyri demokratik siyasətə müxtəlif şəkildə etiraz edib və öz münasibətini Bildirişlər, müsahibələr, aksiyalar, şikayətlər və... kimi vasitələrlə bəyan edib.

08.09.10 00:00

İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

DAK informasiya mərkəzinə daxil olan məlumta görə, İran rejimi Təbriz Meydanlarının birinin adını dəyişdi. Bundan sonra artıq “Bəsic Meydanı”, “Pərçəm Meydanı” (xatırladaq ki, fars dilində “Pərçəm” sözü bayraq deməkdir) adlanacaq. Təbrizin sərnişin nəqliyyatı (transport) şirkətinin rəsmisi son bəyanatlarında “Bəsic Meydanı” ifadəsinin yerinə “Pərçəm Meydanı” ifadəsi işlədib. Tağızadənin dəfələrcə istifadə etdiyi ifadəni İranın bir çox rəsmi saytları yayıb.

08.09.10 00:00

İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, onun ölkəsi nüvə təsisatlarını yoxlamaq üçün İrana gələn müfəttişləri seçmək hüququna malikdir. “Media forum” saytının məlumatına görə, Əli Əkbər Salehi bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bir sıra nüvə müfəttişini qəbul etməkdən imtina etməsi barədə xəbərdarlığını elan edəndən sonra deyib. O bildirib ki, nüvə müfəttişlərini seçmək İranın haqqıdır: “Bu həm də agentliyə üzv olan digər ölkələrin hüququdur. İranın son vaxtlar qəbulundan imtina etdiyi iki müfəttiş agentliyə həqiqətə uyğun olmayan məlumatlar vermişdi.

08.09.10 00:00

BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

Sentyabrın 7-də Yeddi Dövlət – Bir Millət Konseyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Bakıda “Ortaq türk əlifbası: keçmiş və gələcək” mövzusunda dəyirmi masa keçirilib. "Media forum" saytının məlumatına görə, Yeddi Dövlət – Bir Millət Konseyinin üzvü Ramiz Əskər bildirib ki, ortaq türk əlifbası ətrafında müzakirələr hələ 20 il öncədən sürətlənib. O, ən qısa zamanda ortaq türk əlifbasının qəbul edilməsi vacibliyini vurğulayıb. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı latın qrafikasına əsaslanan əlifbanın ortaq türk əlifbası üçün daha yararlı olduğunu söyləyib.

07.09.10 00:00

MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İranla bağlı gizli sənədi mətbuata sızıb. MAQATE məxfi hesabatında İranın uranın zənginləşdirilməsi lahiyəsi sahəsində fəallığından narahatlığını ifadə edib. Təşkilat bu fəallığın İranı nüvə başlığı əldə etməyə yaxınlaşdıra biləcəyindən ehtiyatlanır.

06.09.10 00:00

KONDOLİZA RAYS GÜRCÜSTANA MİXAİL QORBAÇOVSUZ GƏLDI

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Raysın və digər siyasətçilərin daxil olduğu qrup sentyabrın 6-da Gürcüctanda səfərdə olub. “World Leaders Travel” şirkətinin təşkil etdiyi səfər proqramına ayrı-ayrı ölkələrdə auditoriya qarşısında mühazirə oxumaq, hökumət və biznes qurumları ilə görüşlər, mədəniyyət mərkəzlərinə ekskursiyalar daxildir. Qrupun sentyabrın 8-də Bakıya gələcəyi gözlənir.

06.09.10 00:00

Mahmud Əhmədinejad: “İrana hücum edərsə, İsrail dünya xəritəsindən silinəcək”

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən “İrana hər hansı hücum İsrail rejiminin məhvi ilə nəticələnəcək”. “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bu bəyanatla İran prezidenti Mahmud Əhmədinejad çıxış edib. O bildirib ki, ABŞ və İsrail İrana hücum etmək gücündə deyil: “İrana hücum etmək sadəcə onların arzusudur. İrana hücum edərsə, İsrail dünya xəritəsindən silinəcək”.

03.09.10 00:00

800 nəfərdən çox azərbaycanlı tərəfindən imzalanmış Bəyanata yeni qoşulmaq istəyənlər var

DK informasiya mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, “Azərbaycanlıları azad edin” adlı Bəyanat ictimaiyyət arasında güclü marağla qarşılanıb. Son günlərdə Azərbaycanın milli kimliyi uğrunda dinc mübarizə aparan soydaşlarımızın qanunsuzcasına tutuqlandıqlarını məhkum edən və onların azadlığını tələb edən bir Bəyanat yayılmışdı, Bəyanatı 800 nəfərdən çox ziyalı, öyrənci, universitet müəllimi və milli-mədəni fəallar imzalamışdır. “Öyrənci” saytına istinadən verilə məlumata görə, “Azərbaycanlıları azad edin” adlı Bəyanat ictimaiyyət arasında güclü ətki buraxıb.


1 2 3 4 5 6 >>

Geri   Yuxarı







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq