Problem

- 28.07.10 09:24 Avropa Şurası Azərbaycan və Ermənistana səsləndi

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Azərbaycan və Ermənistanı minaların qadağan olunmasına dair razılaşmanı ratifikasiya etməyə çağırıb. Avropa Şurasının rəsmi saytında yer alan məlumatda bildirilir ki, son 10 ildə Avropada 3 min insan mina partlayışının qurbanı olub: "Mina insanları öldürür, minaları qadağan etməyin vaxtı artıq çatıb".
Avropa Şurasının insan haqları üzrə komissarının sözlərinə görə, 1997-ci ildə minaların qadağan edilməsi barədə qanun qüvvəyə minəndən sonra Avropa ölkələrinin böyük əksəriyyəti bu sənədi imzalayıb. Lakin Azərbaycan, Ermənistan, Gürcüstan, Polşa, Rusiya və Finlandiya bu sənədi hələ ratifikasiya etməyib.