Problem


- 27.07.10 16:05 Farslarla azərbaycanlılar toqquşdu: 3 nəfər yaralanıb, 1 nəfər tutulub
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən bu gün günorta saatlarında Tehrandakı nəhəng “Azadi” stadionunda yerli “Perspolis” futbol klubunun azarkeşlər ilə Təbrizin Traktorsazi” klubunun azarkeşləri arasında toqquşma baş verib.
![]()
Məlumata görə, hadisə əvvəlcədən fars şovinistləri tərəfindən azərbaycanlılara qarşı hazırlanmış təxribat əsasında yaşanıb. “Perspolis” tərəfdarları “Traktorsazi”çiləri daşa basıb. Nəticədə 3 nəfər təbrizli – Güney Azərbaycan türkü yaralanıb. Başqa bir azərbaycanlı isə polis tərəfindən həbs olunub.
“Perspolis”-“Traktorsazi“ görüşü Tehranın “Azadi” stadionunda bu gün axşam saatlarında oynanılacaq.
“Traktorsazi“ Güney Azərbaycan türklərinin ən çox azarkeş etdiyi klubdur. Ona hətta Güney Azərbaycanın Milli Komandası da deyilir.
Lent.az
















