Problem

16px11px
27.07.10 08:49 Almaniya telekanalında Azərbaycana qarşı təxribatçı material

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ARTE telekanalına etiraz məktubu göndərib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) bu ölkənin ARTE televiziya kanalına etiraz məktubu göndərib.Etiraz məktubunun göndərilməsinə səbəb həmin telekanalda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa həsr olunmuş filmin nümayişi olub.


Belə ki, iyulun 14-də ARTE telekanalında Dağlıq-Qarabağa həsr olunmuş “Dünyanın yüksək zirvələrində” (“Auf den Gipfeln der Welt“) sənədli filmi nümayiş etdirilib. İyulun 21-də film təkrar efirə verilib. Fransız rejissor Jan Mari Barrerin lentə aldığı filmdə Dağlıq Qarabağın uca dağlarından bəhs olunsa da, regiondakı siyasi proseslərə də toxunulub və bəzi məsələlər təhrif olunub, yanlışlığa yol verilib. Sənədli filmdə Dağlıq Qarabağdakı hadisələr birtərəfli, erməni nöqteyi-nəzərindən şərh olunaraq, faktlar qondarma və yalan şəklində tamaşaçıya təqdim edilib. Bununla əlaqədar AAKM-in ARTE teleşirkətinə təqdim etdiyi etiraz məktubunda hadisələrin obyektiv şəkildə işıqlandırılmaması, problemə birtərəfli münasibət, daha dəqiqi, ermənipərəst mövqedən yanaşıldığı vurğulanır, jurnalist etikasına yad olan zəif araşdırmalar tənqid edilir, plüralizmin hakim olduğu demokratik cəmiyyətdə media tərəfindən faktların təhrifinə yol verilməsi mənfi hal kimi qiymətləndirilir. Etiraz məktubunda Dağlıq Qarabağ həqiqətləri, Xocalı faciəsi, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi barədə də bilgi verilib, bu münaqişənin dinlə əlaqəli olmadığı vurğulanıb.

AAKM ARTE televiziya şirkətinə bu cür proqramlarda siyasi məsələlərə toxunarkən hər iki xalqın taleyi barədə həqiqi faktların açıqlanmasını tövsiyə edib, ermənilərin minlərlə azərbaycanlıya qarşı törətdikləri qanlı cinayətlər hesabına “qondarma müstəqilliyini” bayram etdiklərini ifşa edib.

AAKM rəhbərliyi məktubda qeyd edib ki, bu, sivil cəmiyyətimizin iflasa uğraması deməkdir və Avropa mediasının peşə etikasına uyğun deyil. AAKM-in məktubunda gələcəkdə belə filmlərin nümayişinə yol verilməməsi tələb edilir.
Lent.az

Bu xəbər 19 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq