Xəbərlər


- 29.07.10 09:05 İranda daha üç nəfər edam olundu

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən bu gün İranın Əhvaz şəhərində narkotik qaçaqmalçılığında təqsirləndirilən üç nəfər edam olunub. Məlumatı FARS informasiya agentliyi yayıb.
Məhkumlar Əhvaz şəhərinin Karun həbsxanasında edam olunub.
İyul ayının 21-də də narkotik qaçaqmalçılığında təqsirləndirilən dörd nəfər edam edilib. Onlardan üç nəfər Kirman vilayətində bir nəfəri isə Əhvaz şəhərinin cəzaçəkmə müəssisəsində edam edilib
Beynəlxalq KİV-lərin məlumatına əsasən, cari il ərzində indiyədək İranda 92 nəfər edam olunub. Ötən il isə bu rəqəm İranda 270 olmuşdu.

















