Xəbərlər


- 27.07.10 08:45 Ermənilər cəbhə boyu atəşkəsi pozub
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir.
![]()
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 26-da saat 22.50-dən 23.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi, saat 09.50-dən 09.58-dək Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, 10.06-dan 10.35-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 12.25-dən 12.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 18.30-dan 18.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 18.30-dan 18.40-dək Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, 19.45-dən 20.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Lent.az

















