Xəbərlər

- 26.07.10 11:58 İranlı müxalifət nümayəndələri Almaniyada sığınacaq tapıb

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Almaniyadan sığınacaq almış 50 iranlı müxalifət nümayəndəsindən 12-si artıq bu ölkəyə gəlib. Bu barədə Almaniyanın Daxili İşlər Nazirliyinə istinadən ”The Local” agentliyi xəbər yayıb.
Nazirliyin məlumatına görə, yoxlamaların aparıldığı bir neçə ay ərzində onlar Türkiyə ərazisində olublar.
Eyni zamanda, bu həftə daha bir müxalifət üzvünün Almaniyaya gələcəyi bildirilir.
Qeyd edək ki, İranda keçirilən prezident seçiklərindən sonra ölkədə iqtidarla müxalifət nümayəndələri arasında kütləvi qarşıdurma yaranmışdı və bu səbəbdən də, iranlı müxalifətçilər kütləvi şəkildə siyasi sığınacaq almaq üçün Almaniyaya müraciət etmək məcburiyyətində qalıblar.
ANS