Xəbərlər

16px11px
26.07.10 11:54 Dünyanın 32 ölkəsində İran əleyhinə aksiyalar keçirilib


 
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Ötən gün dünyanın bir sıra ölkəsində ölüm hökmünə məhkum edilmiş Sakinə Məhəmmədi Aştianinin müdafiəsi məqsədilə aksiyalar keçirilib. Əsasən hüquq müdafiəçilərinin iştirak etdiyi mitinqlər ümumilikdə 32 ölkədə, o cümlədən, Braziliya, Böyük Britaniya, Fransa, Gürcüstan, Almaniya, İtaliya və İsveçdə təşkil edilib.


Xatırladaq ki, İran məhkəməsi həyat yoldaşına xəyanətdə təqsirləndirilən Sakinə Məhəmmədi Aştianinin daşqalaq yolu ilə öldürülməsi barədə hökm çıxarıb. Bu, beynəlxalq hüquq müdafiəsi təşkilatları, Avropa Birliyi və ABŞ-ın kəskin etirazlarına səbəb olub. Bu yaxınlarda İran hökuməti hökmün icrasını təxirə saldı. Amma ölüm hökmü hələ də qüvvədə qalmaqda davam edir.

Sakinə Məhəmmədi Aştiani müasir İranda nadir hallarda tətbiq olunan cəzaya 2006-cı ildə məhkum edilib. Adətən, belə cəzalar ərinqə xəyanət edənlərə qarşı tətbiq edilir.
 

Bu xəbər 17 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq