Xəbərlər

- 23.07.10 10:12 “Azərbaycanda səfir olsam, münaqişənin həll edilməsi üçün əlimdən gələni edəcəm”

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən “Əgər mən Azərbaycana səfir seçilərəmsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əlimdən gələni edəcəyəm”. Bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülən Metyu Brayza konqresdə keçirilən müzakirələrdəki çıxışı zamanı bəyan edib.
“Uzun müddət davam edən bu münaqişənin həlli müharibə yolu ilə ola bilməz. Danışıqlar və dialoqlar məsələnin həll edilməsinə və Qafqaz regionuna sülh gətirməyə kömək edəcək. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri kimi rusiyalı və fransalı həmkarlarımla birlikdə işləmişəm, Ermənistan və Azərbaycanı Helsinki yekun Aktının müddəalarına uyğun olaraq münaqişənin həll edilməsi üçün bir araya gətirməyə çalışmışam”, deyə Brayza vurğulayıb.
Bundan başqa Brayza qeyd edib ki, hazırki həmsədr Robert Bradkeni və hər iki həmsədri iki ölkə arasında razılaşdırılmış bəyanat qəbul etmək işində dəstəkləyəcək. Çıxışında Brayza Azərbaycan haqqında geniş məlumat verib, bu regionu yaxşı tanıdığını, Azərbaycanın Əfqanıstana uçan ABŞ təyyarələrinin benzin doldurması üçün yardım etdiyini, terrorçuluqla mübarizədə Vaşinqtonla əməkdaşlıq etdiyini deyib.
Azərbaycanın enerji resurslarından əhatəli bəhs edən diplomat buradakı regional enerji marşrutlarının Amerikanın maraqlarına uyğun gəldiyini bildirib. O, Amerikanın dövlət katibi Hillari Klintonun Bakı səfərinə də toxunub, bu səfərin ikitərəfli əlaqələr üçün yaxşı imkanlar açdığını vurğulayıb.
ANS PRESS