Xəbərlər


- 20.07.10 08:24 Urmu Bazarı da Etiraz Aksiyasına başlayıb
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən 2010-cu il iyul ayının 17-də (1389-cu il tir ayının 26-ı) Urmu Bazarının işadamları Təbriz Bazarı işadamlarına qoşularaq İran rejiminin iqtisadi siyasəti və Azərbaycanda milli-mədəni yöndə aparılan siyasətlə bağlı Etiraz Aksiyasına başlayıblar.
Hələlik parça, ev əşyaları və qızıl bazarı işyerlərini qapadıblar. Məlumata görə, siqaret, samovar, çanta. Qıda və… bazarlarının bağlanmasıda gözlənilir.
Bazar İşadamları bildiriblər ki, hökumətin vergini 70 faizdən 15 faizə düşürməsi məlumatı sadəcə şayiədir, o barədə heç bir rəsmi xəbər yoxdur.

















