Xəbərlər

16px11px
20.07.10 07:48 Millətçilik, qəzetinin redaktoru Sevda Əsgərova mükafatlandırıldı

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Iyulun-17-də Mətbuat Şurası, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun təşkilatçılığı ilə keçirilən Diaspor məsələlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 Bu münasibətlə “Ambassador” mehmanxanasında keçirilən tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın 135 illiyi ilə bağlı regionlarda keçirilən tədbirlərin yekunlaşdığını bildirib.

         Mətbuatımızın formalaşmasında Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Cəlil Məmmədqluzadə və digərlərinin əməyindən danışan Əflatun Amaşov deyib ki, hər bir xalqın, dövlətin güclü olmasında güclü diaspor amilinin xüsusi rolu var: “Keçirilən bu müsabiqə də bu sahəyə həsr olunub”.

         Diaspor İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov diaspor və lobbi quruculuğuna toxunub, bu məsələlərin mətbuatın gündəmində saxlanılmasının zəruri olduğunu vurğulayıb.
Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti Mirkazım Seyidov Fondun elan etdiyi müsabiqə ilə bağlı təşkilatı işlərin Mətbuat Şurası və Dövlət Komitəsi tərəfindən yüksək səviyyədə görüldüyünü qeyd edib.

         Tədbirdə Rusiya Jurnalistlər Birliyinin sədri tərəfindən Mətbuat Şurasının sədri Əflatın Amaşova ünvanlanan məktub oxunub və diplom verilib. Rusiya Jurnalistlər Birliyinin sədri Əflatun Amaşova “mətbuata uzanan əlləri kəsmək üçün” rəmzi qılınc da hədiyyə edib. Tədbirdə bu qılınc da Mirkazım Seyidov tərəfindən Mətbuat Şurasının sədrinə təqdim olunub.

         “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgərova müsabiqəyə təqdim etdiyi “AZƏRBAYCANLILARIN KOMPAKT YAŞAMAMASI PROBLEMLƏRDƏN BİRİDİR” (“Millətçilik” qəzeti № 025 (091), 10 iyul 2010-cu il ) məqaləsinə görə fəxri diplomla mükafatlandırıldı. “Millətçilik” qəzetinin redaktoruna mükafatı Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm təqdim etdi.

Dünya Azərbaycanlıları konqeresi və www.dak.az saytı “Millətçilik” qəzetinin redaksiyasını, redaktor Sevda Əsgərovanı mükafat alması münasibətilə təbrik edir.

Bu xəbər 25 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq