Xəbərlər

16px11px
19.07.10 15:39 “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” sərgisi keçiriləcək

DAK informasiya mərkəzinə daxil olan məlumata görə “İnam” Plüralizm Mərkəzi 23-30 iyul 2010-cu ildə “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərgi keçiriləcək.

Mərkəzdən verilən məlumata görə, sərgidə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 foto sərgilənəcək.

Ağdamın işğal günü – 23 iyulda sərginin açılış mərasimi olacaq. Vəcihə Səmədova adına Rəssamlar İttifaqının salonunda keçiriləcək sərgi ilə eyni vaxtda “Qafqaz Xirosiması” filmi nümayiş olunacaq. Ağdamın işğaldan əvvəlki və indiki görüntüləri əks olunan foto və videolardan istifadə olunmaqla hazırlanan film 8 dəqiqədir. Film Azərbaycan, ingilis və rus dillərində hazırlanıb.

Sərgidə Ağdam haqqında üç dildə buklet paylanacaq. Bukletdə Ağdamın işğal vaxtı itirdikləri haqda statistik göstəricilər, xarici jurnalistlərdən sitatlar dərc olunub.

Sərginin açılış mərasiminə xarici ölkə səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, nazir və komitə sədrləri, ictimai xadimlər dəvət olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Qarabağın işğalının dünya ictimaiyyəti tərəfindən daha aydın qavranması üçün “Qafqaz Xirosiması” kəlməsini mətbu və siyasi dilimizə gətirmək, işğal nəticəsində Qarabağın tarixi genosidə məruz qalmasını dünyanın aparıcı sosial internet şəbəkələrində və axtarış portallarında yaymaq, həmçinin sonradan dünyanın istənilən yerində nümayiş olunası “Ağdam - “Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı foto, video, nəşrlərdən ibarət səyyar sərgi qalereyası yaratmaqdır.

Bu xəbər 19 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq