Siyasət


- 30.11.07 11:21 Urmiyə Universitetinin tələbəsi 5 ay həbsə məhkum edildi
Güneydən aldığımız məlumata əsasən milli fəal Pərviz Sultani Urmiyyə Universitetinin II kurs tələbəsi, Urmiyə sakini keçən il may hadisələrinin il dönümü tədbirində həbs olunaraq iki həftə müddətinə Urmiyə Təhlükəsizlik İdarəsində işgəncələrdən sonra Urmiyə İnqilab məhkəməsi tərəfindən beş ay həbsə məhkum edilib. Əlavə edək ki, 5 ay həbsdən əlavə iki il müddətinə təkrar eyni ittihamla həbs olunarsa 2 il əlavə həbs cəzası tətbiq olunacaq.
Xatırladaq ki, Pərviz Sultani (Araz) ETTELAAT tərəfindən irəli sürülən ittihamda belə vurğulanıb ki, pantürkist təşkilatlarla yaxın əməkdaşlığı olmasa da gələcəkdə belə bir təfəkkürə malik olmasın deyən onun haqqında 5 ay müddətinə azadlıqdan məhrum edilsin və əməlləri islah olunsun.















