Siyasət

16px11px
23.07.10 08:45 “Rəsmi Bakı prezidentlərin Sankt-Peterburq görüşünü şübhə altına qoyur”

"Rəsmi Bakı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərin Sankt-Peterburq görüşünü şübhə altına qoyur". Bu bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Miasin” Gənclər Hərəkatının yay düşərgəsinin iştirakçıları ilə görüşündə çıxış edib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, Sankt-Peterburqda edilən təkliflər yalnız və yalnız işçi xarakter daşıyır: "Sankt-Peterburqda olan təkliflərin ümumi qaydada qəbul olunması danışıqlar prosesinin ideologiyasını, ab-havasını tamamilə dəyişə və altı il ərzində yaradılmış bu kövrək struktura çox böyük zərbə vura bilər".

E. Nalbandyan isə bildirib ki, bu gün Dağlıq Qarabağ məsələsində çox şey Azərbayсanın Almatıda səsləndirilən çağırışlara neсə reaksiya verəсəyindən asılıdır. Qarabağ problemi üzrə “dekabr təkliflərinə” müraciət edən Nalbandyan bildirib: “Reallıq ondan ibarətdir ki, 2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərə Madrid sənədini təklif ediblər və bu rəsmi təklif qismində ATƏT-in Vyanada yerləşən Katibliyinə təqdim olunub. Bundan sonra Madrid sənədləri əsasında 20-dən artıq işgüzar təklif irəli sürülüb. Azərbaycan bəyan edəndə ki, bəzi düşəlişlərlə 2009-cu ilin dekabrında edilən işgüzar təklifləri qəbul etməyə hazırdır, məlum oldu ki, bu istisnalar Azərbaycanın qəbul etdiyi hissələrdən daha çoxdur. Bu gün azərbaycanlılar bir tərəfdən deyirlər ki, Rusiyaya minnətdardırlar və onun səylərini qiymətləndirirlər, digər tərəfdən isə Sankt-Peterburq görüşünün əhəmiyyətini sual altına qoyurlar. Xatırladım ki, son vaxtlar Rusiyanın təşəbbüsü ilə altı görüş baş tutub”.

Rəsmi İrəvanın qeyri-konsruktiv mövqeyini gizlətməyə çalışan Ermənistanın baş diplomatı cəbhə xəttində iyunun 18-19-da baş verən insidentdə də Azərbaycanı günahlandırmağa çalışıb.

Xatırladaq ki, həmin tarixdə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhə xəttində baş verən ağır döyüşdə Azərbaycan ordusunun giziri, milli qəhrəman Mübariz İbrahimov şəhid olub. Onun meyiti hələ də qarşı tərəfdə saxlanılır.

 

Bu xəbər 16 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq