Siyasət


- 20.07.10 11:20 Moskva Vaşinqtona nota verdi
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Moskva rusiyalı təyyarəçi Konstantin Yaroşenkonun saxlanılması ilə bağlı Vaşinqtona nota göndərib.
Konstantin Yaroşenko bu il mayın sonlarında Liberiyada saxlanılıb. Hazırda 42 yaşlı pilot Manhettendə Nyu-York cənub dairəsi prokurorluğunun təhqiqat təcridxanasında saxlanılır. Konstantin Yaroşenkonu saxlayan şəxslər hər hansı sənəd təqdim etməyiblər və ona qarşı rəsmi ittiham irəli sürülməyib.
Qeyd edək ki, Manhettenə gətirilənə qədər Konstantin Yaroşenko bir neçə gün əlləri qandallı və ac-susuz saxlanılıb, ailəsi və rusiyalı diplomatlarla əlaqə saxlamasına imkan verilməyib. Qeyri-rəsmi olaraq Konstantin Yaroşenko narkotika qaçaqmalçılığında iştirakda şübhəli bilinir. Hazırda ABŞ-da olan pilotla Rusiya konsulluğu əlaqə saxlayır.
Lent.az

















