Siyasət


- 19.07.10 10:00 Türk dünyasının əməkdaşlıq şurası yaradılır

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Türkiyə prezidenti Abdullah Gül Şuranın yaradılması üçün tarixi sənədi imzalayıb.
300 milyon türkü bir qurumda birləşdirəcək Şuraya Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan daxil olacaq.
İndidən Türk dünyasının BMT-si adlandırılan qurumun yaradılması barədə 2009-cu ildə Naxçıvanda razılıq əldə olunub. Şuranın baş qərərgahı İstambulda yerləşəcək. Quruma katibliyi isə hər bir dövlət mərəhələli şəkildə təhvil alacaq.

















