Siyasət
- 08.09.10 00:00
Ermənistanın xarici işlər naziri İrana səfər edəcək
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən yaxın 10 gün ərzində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana səfər edəcək. “Fars” agentliyinin yaydığı xəbərə görə, bu barədə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyan açıqlama verib. O, İran tərəfinin dəvəti ilə gerçəkləşəcək səfər zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunacağını söyləyib. E. Nalbandyan İran rəhbərliyi ilə görüşlər keçirəcək.
- 08.09.10 00:00
CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Cənubi Koreya bu ölkədə fəaliyyət göstərən, İranın nüvə proqramı ilə əlaqədə olan 102 İran şirkət və müəssisəsinə, eləcə də 24 İran vətəndaşına sanksiya qoyub. Cənubi Koreyanın adının çəkilməsini istəməyən yüksək rütbəli bir rəsmisi jurnalistlərə açıqlamasında sanksiyaya məruz qalan qurumlar arasında İran Milli Bankının da olduğunu deyib:
- 08.09.10 00:00
BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin BMT Baş Assambleyasının sessiyasında müzakirəsinin vaxtı dəyişib. BMT-nin saytında yerləşdirilən məlumata görə, sentyabrın 7-də keçirilməsi nəzərdə tutulan müzakirələr sentyabrın 9-da olacaq. Bu məsələ Baş Assambleyanın 64-cü sessiyasının 18-ci maddəsini təşkil edir. Xatırladaq ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və ...
- 07.09.10 00:00
Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

- 07.09.10 00:00
Bu gün hamının diqqəti BMT-yə yönələcək
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsi bu gün BMT Baş Assambleyasının 64-cü sessiyasının plenar iclasında müzakirə olunacaq. Qətnamə layihəsi sessiyanın gündəliyinin 18-ci maddəsidir. Qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyətin tətbiqi,
- 07.09.10 00:00
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən gələn həftə İstanbulda Türkdilli Ölkələrin Dövlət Başçıları Sammiti keçiriləcək.“trt.net.tr” saytının verdiyi məlumata görə, Sammitdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan prezident səviyyəsində təmsil olunacaq. Sammitdə mərkəzi İstanbulda olacaq Əməkdaşlıq Şurasının baş katibi seçiləcək. Bu vəzifəyə səfir Xəlil Akıncının seçilməsi gözlənilir.
- 07.09.10 00:00
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs pozuntularını qətiyyətlə pisləyib
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev bəyanatla çıxış edib.
Qazaxıstan XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, K. Saudabayev son vaxtlar Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyunca atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyib.
- 06.09.10 00:00
FRANSALI HƏMSƏDR AZƏRBAYCANDA SƏFƏRDƏDİR

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Azərbaycanda səfərdədir. Digər həmsədrlər İqor Popov (Rusiya) və Robert Bradkenin (ABŞ) sentyabrın 6-da Bakıya gələcəyi gözlənilir. Sentyabr 7-də isə həmsədrlər Azərbaycanın rəsmiləri ilə görüşəçəklər. AzərTAc xəbər verir ki, səfərin məqsədi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edəcək faktaraşdırıcı missiyanın yaradılması ilə bağlı detalları müzakirə etməkdir.
- 06.09.10 00:00
Azərbaycan İsveçrədən su altında mina və partlamamış hərbi sursatları müəyyən edən yeni avadanlıqlar alıb
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) su altında mina və partlamamış hərbi sursatları (PHS) müəyyən edən yeni avadanlıqlar alıb. Bu barədə ANAMA-nın baş direktoru Nazim İsmayılov məlumat verib. N. İsmayılovun sözlərinə görə, avadanlıqlar İsveçrədən alınıb və su altında dəqiq axtarış aparma və sursatları təyin etmə qabiliyyətinə malikdir.
- 06.09.10 00:00
"Türkiyə bütün platformalarda türkdilli ölkələrin mənafeyini qoruyur"
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Avropa Şurası Parlament Assambleyasınn (AŞPA) sədri Mövlud Çavuşoğlu “Avropa İttifaqında Türkiyənin rolu” mövzusunda İsveşdə keçirilmiş konfransdakı çıxışında bildirib ki, Türkiyə bütün platformalarda türkdilli ölkələrin mənafeyini qoruyur və bu bizim vəzifəmizdir. "Bu ölkələrin sırasında isə, ən çox Azərbaycanı dəstəkləyir.

















