Gündəm
- 26.08.10 00:00
TÜRKPA-nın internet saytının rəsmi açılış mərasimi keçirildi
25 avqust 2010 -cu il tarixində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) internet saytının rəsmi açılış mərasimi keçirildi. Mərasimi açan TÜRKPA Baş katibi cənab Ramil Həsənov qonaqları salamlayaraq, TÜRKPA-nın quruluşu, fəaliyyəti və əsas məqsədləri, TÜRKPA Beynəlxalq Katibliyinin son 8 ayda fəaliyyəti haqqında geniş məlumat vermiş, həmçinin Katibliyin beynəlxalq heyəti ilə mətbuat nümayəndələrini tanış etmişdir.
- 10.03.10 00:00
Urmu gölünün quruması ilə bağlı kompaniya keçiriləcək
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Güney Azərbaycan Milli Komandası Tıraxtur Futbol taxımının 100 minə yaxın tərəfdarı 2010-cu il aprel ayının 2-də (1388-ci il Fərvərdin ayının 13-ü) Urmu Gölünün quruması (bəlkədə qurudulması) ilə bağlı Kompaniya keçirəcəklərini açıqlayıblar. Onlar qeyd etdiyimiz tarixdə Urmu Gölü ətrafına toplaşaraq milli-mədəni mərasimlər həyata keçirərək Urmu Gölünün quruması təhlükəsini bölgə məsulları, İran dövləti, Dünya ictimaiyyəti və bütün ekologiya qayğısına qalan insanlara çatdıracaqlar.
- 17.11.09 00:00
Bu gün Milli Dirçəliş Günüdür
Bu gün Azərbaycanın Milli Dirçəliş Günüdür. 17 il bundan əvvəldən – 1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 17 noyabr 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Yəni bu gün Meydan hərəkatının 21-ci ili tamam olur. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan (həmin vaxt Leninin adına daşıyan) Azadlıq Meydanında Qarabağ məsələsində Respublika və İttifaq orqanlarının Azərbaycan xalqına zidd siyasət apardıqlarına görə cəmiyyətin müddətsiz mitinqi başlanıb. Bu faktiki olaraq Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə qalxması demək idi.
- 16.11.09 00:00
Bu gün “UNESKO”-nun yaranmasının ildönümüdür
Bu gün “UNESCO”-nun (United Nations Educational, Scientific and Cultural )yaranmasının ildönümüdür. “UNESKO”-nun yaradılması haqda nizamnamə 1945-ci ilin noyabrında 44 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən London konfransında qəbul edilib və 16 noyabr 1946-cı ildə qüvvəyə minib. Təşkilatın ştab-qərargahı Fransada yerləşir. “UNESKO”-nun dünyanın müxtəlif regionlarında yerləşən 67 büro və bölməsi var.
- 17.02.09 00:00
Xocalı soyqırımının 17-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edillib
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edillib. Tədbirlər planına əsasən fevralın 26-da Bakı şəhərinin Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə və Şəhidlər xiyabanı ziyarət ediləcək. Həmçinin, ölkənin bütün ərazisində saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə xarici kütləvi informasiya vasitələri,
- 16.01.09 00:00
DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ 20 YANVAR 1990-CI İL “AZƏRBAYCANIN İSTİQLAL VƏ AZADLIĞI” MÖVZUSUNDA TƏDBİR KEÇİRƏCƏK
Azərbaycan xalqının istiqlal və azadlıq mücadiləsi tarixlərində xüsusi yer tutan, Türk millətinin qan yaddaşına həkk olunan Qanlı Yanvar qətliamı rus və erməni hərbi birləşmələri tərəfindən 20 Yanvar 1990-cı il tarixində Azərbaycan xalqına qarşı həyata keçırildi. Həmin tarixdən 19 il keçsədə bu hadisə heç zaman xalqımızın yaddaşından silinməyəcək.Bu tarixi hadisə ilə əlaqədar Dünya Azərbaycanlıları Konqresi 19 yanvar 2009-cu il tarixində saat 15:00-da DAK-ın Bakıdakı Mərkəzi ofisində (İstiqlaliyyət küçəsi 8-də) “Azərbaycanın istiqlal və azadlığı” mövzusunda tədbir keçiriləcək. Tədbirdə DAK İdarə Heyəti üzvləri, DAK Gənclər Təşkilatının üzvləri, siyasi xadimlər, tarixçilər, Güneyli-Quzeyli milli fəallar və mediya nümayəndələri iştirak edəcək.
- 16.01.09 00:00
İRANIN DÜNYA AZƏRBAYCANLILARI KONQRESINƏ QARŞI BÖHTANLARI İLƏ BAĞLI DAK MƏTBUAT XİDMƏTİNİN AÇIQLAMASI
Son vaxtlar panfarsizim siyasətinin yeni dalğasını müəyyənləşdirən İran rejimi Cənubi Azərbaycanda baş verən milli ideoloji təşkilatlanmaya qarşı sərt hücuma keçmişdir. Artıq proseslər real şəkildə potensial təhlükə fazasına keçmişdir. Fars rejimi Azərbaycan dövlətçiliyinə qarşı sistemli şəkildə təxribatlar hazırlayaraq bunu kənar qüvvələrlə əlaqələndirməyə cəhdlər göstərir. Təbii ki, bu zaman fars şovinizmi Cənubi Azərbaycanda baş verən prosesləri nəzarətə götürməyə çalışır. Antiamerikanizm, antiqərb siyasətini ideoloji resurslarla gündəmə gətirən İran dövləti sözdə islam, əslində şiəçilik təmayülünü genişləndirməklə regionda baş verən prosesləri İranın maraqlarına uyğun olaraq yönəltməyə çalışır.
- 16.01.09 00:00
DÜNYA AZƏRBAYCANLILARI KONQRESININ TÜRKIYƏ TƏMSILÇILIYININ TƏŞKILATÇILIĞI ILƏ 20 YANVAR GÜNÜ QEYD EDILƏCƏKDIR
Dünya Azərbaycanlıları Konqresinin Türkiyə təmsilciliyi və Azərbaycanın İstanbuldakı baş konsulluğunun birgə təşəbbüsü ilə 17 yanvar 2009-ci il tarixində saat 18:00-də Azərbaycan xalqının istiqlaliyyət tarixlərindən olan 20 Yanvar gününə həsr olunmuş anım mərasimi kecirilcəkdir. Tədbirdə İstanbuldakı Baş Konsul Səyyad Aran və konsulluq əməkdaşları, DAK İdarə heyətinin üzvü Asif Qurbanov, İzmirdə yaşayan Güney Azərbaycanlı soydaşlarımız, Türkiyədə təhsil alan tələbələr, iş adamları, həmçinin diaspora fəalları da iştirak edəcəklər. Təbdirin əsas məruzəçiləri İzmir Ekonomi Üniversitesi Öğretim Üyesi Dr. Vəfa QURBAN “Türk Dünyası Dayanışmasına Örnək: Azərbaycan – Türkiyə”, TUSAM Qafqaziya üzrə ekspert Cavid Vəliyev “Azərbaycan Azadlığ mücadiləsi: 20 Yanvar qətliamı” mövzularında məruzə edəcəklər. Tədbir Şəhit Fethibey Caddesi No:31- Konak- İZMİR, KARACAN DERSHANESİ Konfrans Salonunda (Gümrük Son Durak ve ya Borsa Arkasında) keçiriləcəkdir.
- 26.12.08 00:00
Kürd-erməni qardaşlığından doğan kampaniya
Türkiyəli jurnalist Əli Bayramoğlu, Prof.Dr. Basqın Oran, Prof. Dr. Əhməd İnsel və Dr.Çingiz Aktarın təşəbbüsü ilə başlayan "erməni qardaşlarımdan üzr istəyirəm" imza kampaniyası ölkədə böyük səs-küyə səbəb oldu. Qeyd edək ki, bu kampaniya www.ozurdiliyoruz.com internet saytı vasitəsilə həyata keçirilir. Saytda "1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı "böyük fəlakət"ə etinasız yanaşılmasını, bunun inkar edilməsini
- 02.10.08 00:00
















