Kitab rəfi


- 19.07.10 15:19 MƏDINƏ GÜLGÜNÜN YENİ KİTABI
Bu günlərdə Azərbaycanın görkəmli şairəsi Mədinə Gülgünün “Mən bu ömrü yaşadım” adlı kitabı nəşr olunmuşdur. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər toplanmışdır. “Güney Azərbaycanın səsi kitabxanası” seriyası ilə “Ana dili” fondunun maddi dəstəyi ilə nəşr olunan kitaba DAK-ın fəxri sədri, Böyük Britaniyanın Edinburq Universitetinin professoru, şair Qulamrza Səbri Təbrizi “Həsrət poeziyası” adlı ön söz yazmışdır.
Kitabı nəşrə Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı hazırlamışdır.

















