Xəbərlər
- 03.09.10 11:06 Azərbaycan dövlət bayrağı “Ginnes”in rekordlar kitabına düşüb
Dünyanın aparıcı televiziya kanalları Azərbaycanda qurulan Bayraq meydanına diqqət çəkib. Məlumata görə, “Euronews” telekanalında yayımlanan reportajda qeyd olunub ki, Azərbaycan bayrağının dalğalandığı bu dirək dünyada ən hündür bayraq dirəyi hesab olunur. "Ginnes"in dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
- 02.09.10 10:23 Güney Azərbaycanlı fəallardan biri azadlığa buraxılıb
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Güney Azərbaycanlı fəal Mühəndis Hadi Piri 15 gün həbsdə qaldıqdan sonra 20000 dollarlıq (20 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
2010-cu il avqust ayının 15-i (mordadın 24-ü) Türkmənçay qəsəbəsində öz evində yaxalanan azərbaycanlı fəalın ruhi və cismi işgəncələrə məruz qaldığı bildirilir.
- 02.09.10 08:52 Milli fəallardan işgəncələr altından etiraf alınır
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyir ki, ETTELAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları həbsdə olan milli fəallardan işgəncələr altında dövlətə qarşı çıxmaqları ilə bağlı etirafedici ifadələr alır: «Etirafedici ifadələr almaq üçün onların bədəninə elektrik vermək, beyin qarışdıran iynələr vurmaq həm insanlığa, həm də islam qanunlarına ziddir.
- 01.09.10 08:46 "Azərbaycan öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır"
Azərbaycan bütün maneələri aşaraq, öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həll yolununun Azərbaycanın daxili işi olduğunu bəyan edib. Münaqişənin ölkənin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll ediləcəyini vurğulayan dövlət başçısı beynəlxalq ictimaiyyəti Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırıb. “Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Beynəlxalq təşkilatlar da Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.
Siyasət
- 03.09.10 14:35 ƏHMƏDİNEJAD İSRAİLİ “KAĞIZ PƏLƏNG” ADLANDIRDI

Sentyabrın 3-ü “Qüds günü” ilə bağlı çıxış edən İran prezidenti Mahmud Əhmədinejad sərt ifadələr işlədib. “Media forum” saytı xəbər verir ki, prezident Qərbi İsrailə dəstəyi dayandırmağa çağırıb: “Qərb yəhudiləri belə sevirsə, qoy onları Avropaya köçürsün”. Fələstində sülhün bərqərar olmasını müstəqil Fələstin dövlətinin qurulmasında gördüyünü deyən İran prezidenti İsraili “kağız pələng” adlandırıb və dünya ictimaiyyətini bu ölkəyə qarşı çıxmağa çağırıb:
- 03.09.10 10:23 İran Yaponiyanın “qara siyahı”sına düşdü
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Yaponiya hökuməti də Tehran hakimiyyətinə qarşı sanksiya həyata keçirməyi qərara alıb. Məlumata görə, rəsmi Tokionun İrana qarşı sanksiyası BMT-nin məlum qətnaməsindən daha kəskindir. Qərara əsasən, Yaponiya İran İslam Respublikasının energetika sektoruna sərmayə qoyulmasını yasaqlayıb, eləcə də ticarət sığortasını kəskin şəkildə məhdudlaşdırıb.
- 03.09.10 08:33 AZƏRBAYCAN, TÜRKİYƏ və İRAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Yaxın günlərdə Azərbaycan, Türkiyə və İran sərhədlərinin kəsişməsində üç ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyənin “Zaman” qəzeti xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İqdırda jurnalistlərə müsahibəsində bildirib.Onun sözlərinə görə, görüş bu ölkələr arasında üçtərəfli əməkdaşlığı gücləndirmək məqsədi daşıyacaq.
- 03.09.10 08:18 Medvedyevin Azərbaycana səfəri başlayıb
Iki gün davam edəcək səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq və Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək. Səfərin yekununda dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarının rasional istifadəsi və mühafizəsinə dair hökumətlərarası saziş imzalanması gözlənilir. İmzalanacaq müqavilə əsasında Rusiya və Azərbaycanın dövlət sərhədi dəqiqləşəcək. Azərbaycan ilk belə müqaviləni Rusiya ilə imzalamış olacaq. Azərbaycan və Rusiya prezidentləri beynəlxalq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər.
Problem
- 03.09.10 14:32 İranın Ali Məhkəməsi daha 2 nəfərin “Daşqalaq” ediləsi barədə hökmü təsdiqləyib
DAK informasiya mərkəzinə daxil olan məlumata görə, İranın Ali Məhkəməsi zinada ittiham olunan Urmiyəli Vəli Canfişani və Sariyə İbadi haqqındakı daşqalaq hökmünü təstiqləyib. Məhkəmənin qərarı Səkinə Məhəmmədi Aştinai haqqında icrası dayandırılmış hökmə beynəlxalq reaksiyaların davam etdiyi bir zamana təsadüf edir. İranın Ali Məhkəməsi iki Urmiyalı haqqında "daşqalaq" hökmünü təsdiqləyib. Xəbəri İranın “Bəşər Haqları” fəallarının HERANA xəbər agentliyi yayıb. Xəbərdə deyilir ki, Urmiyə həbsxanasında saxlanan Vəli Canfişani və Sariyə İbadi Möhsinə zinada ittiham olunur.
- 03.09.10 08:20 İranlı iş adamları işqal altındakı Azərbaycan torpaqlarına sərmayə qoya bilərlər
İranın Azərbaycanın torpaqlarının işğalında Rusiya ilə yanaşı Ermənistana birmənalı dəstək verməsi dönə-dönə təsdiqlənib. Təkcə Xocalı soyqırımından 3 gün əvvəl İranın vasitəçilik edib guya Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması əldə etməsi, 1992-ci ilin may ayının əvvəlində Ali Məclisin sədri Yaqub Məmmədovu Tehrana çağıraraq Ermənistan prezidenti Levon Ter Petrosyanla 9 günlük atəşkəs sazişi imzalatması, Azərbaycanın diqqətini yayındırması heç kəs unutmayıb. Heç bir insanlığa, dinə, qonşuluğa sığmayan bu namərdliyin erməni-rus hərbi birliyinin Xocalı soyqırımı törətməsinə erməni-rus hərbi birləşmələrinin Şuşanın işğal etməsinə gətirib çıxardığı yaddan çıxmayıb, çıxmayacaqdır.
- 02.09.10 08:35 Təbriz universitetində 'öyrənci qurumu'nun fəaliyyətinə qadağa qoyuldu
DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Təbriz universitetində 'öyrənci qurumu'nun fəaliyyətinə qadağa qoyuldu
“Məktəbolşəhəda” öyrənci qurumu, universitetinin “HƏRASƏT”i ( Kəşfiyyat Nazirliyinin universitetdəki nümayəndəliyi) tərəfindən bağlanılıb.
- 02.09.10 08:20 14 əyalətin arasında Azərbaycan bölgələri yoxdur
Tehran hakimiyyəti Güney Azərbaycan bölgələrinə yenə də ögey münasibətini gizlətməyib. Mahmud Əhmədinijatın başçılıq etdiyi hökumət İranın 14 bölgəsində Xüsusi İqtisadi Zonanın (XİZ) yaradılması haqda qanun layihəsini parlamentə təqdim edib. Bununla hökumət qanunverici maneələri aradan qaldırmaq, habelə yeni iş yerləri açmaq və bu yolla azad sənaye-ticarət zonası yaratmaq niyyətindədir. «Iran News»-a istinadən verilən məlumatda bildirilib ki ...
Müzakirə
- 03.09.10 10:53 800 nəfərdən çox azərbaycanlı tərəfindən imzalanmış Bəyanata yeni qoşulmaq istəyənlər var
DK informasiya mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, “Azərbaycanlıları azad edin” adlı Bəyanat ictimaiyyət arasında güclü marağla qarşılanıb. Son günlərdə Azərbaycanın milli kimliyi uğrunda dinc mübarizə aparan soydaşlarımızın qanunsuzcasına tutuqlandıqlarını məhkum edən və onların azadlığını tələb edən bir Bəyanat yayılmışdı, Bəyanatı 800 nəfərdən çox ziyalı, öyrənci, universitet müəllimi və milli-mədəni fəallar imzalamışdır. “Öyrənci” saytına istinadən verilə məlumata görə, “Azərbaycanlıları azad edin” adlı Bəyanat ictimaiyyət arasında güclü ətki buraxıb.
- 03.09.10 11:02 Bir təmizləməyə dair: Sovet türkçülüyü
Dəyərli oxucular. Türkiyə Təhsil Nazirliyi Təlim və Tərbiyə qurumunun üzvü Ömər Özcan "Xalq Cəbhəsi" qəzetinə göndərdiyi məktubda Məhəmməd Əmin Rəsulzadənin Türkiyəyə gəldiyi ilk illərdə müxtəlif vaxtlarda və fərqli imzalarla dərc etdirdiyi yazılardan söz açır.
Ömər Özcan uzun illərdir ki, SSRİ yarandıqdan sonra mühacir həyatı yaşamaq məcburiyyətində qalan türk liderlərinin xarici ölkələrdəki fəaliyyətini araşdırır. Ömər bəy apardığı son araşdırmalar zamanı Məhəmməd Əmin Rəsulzadənin "Yalvacoğlu" imzasıyla qələmə aldığı üç yazısını aşkarlayıb və onlardan birini dərc olunması üçün "Xalq Cəbhəsi" qəzetinə göndərib.
- 03.09.10 10:51 İran rejimi 2 ayda 500 nəfəri edam edib
«Hüquq müdafiəçilərinin məlumatına görə, İslam şəriəti ilə idarə olunan İranda son 2 ay ərzində 500 adam edam edilib. Ölkənin həbsxanaları qanunsuz həbs olunmuş məhkumlarla doludur. Bir çox məhbuslar yalnız bir neçə dəqiqəlik məhkəmə istintaqının nəticəsi olaraq edam cəzası alır. Siyasi məhbusların bir çoxu «narkotik trafiki» kimi ittihamlarla edam edilir. Ölüm dəhlizlərində minlərlə məhbus öz edamını gözləyir»,- deyə ANF informasiya agentliyinin İrandan hazırladığı analitik reportajda deyilir.
- 03.09.10 10:21 Ermənilərin Van pişiyi iddiası
Ermənilərdən daha bir iddia. DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən bu dəfə ermənilər "FIBA 2010 Dünya Basketbol Çempionatının rəmzinə çevrilən "Bascat"a etiraz ediblər. Onlar Van pişiyi kimi tanınan bu heyvanın əslində erməni pişiyi olduğunu iddia edirlər. "News.am" erməni saytında yer alan məlumata görə, çempionatın və Van bölgəsinin simvolu, bir gözü mavi, digəri isə yaşıl olan pişik Ermənistana məxsusdur.



Dünyanın ən yüksək dirəyinə Azərbaycan bayrağı sancıldı!. Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Təntənəli açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.Qeyd edək ki, Dövlət Bayrağı Meydanının tikintisinə 2008-ci ilin əvvəlindən start verilib. Ərazidə aparılan inşaat işləri zamanı 1,5 milyon kub metr torpaq işi görülüb.
“Mübariz İbrahimovun meyitinin şəkillərinin internetdə yayılması bütün dünyaya sübut etdi ki, erməni tərəfini meyitin onlarda olmaması iddiaları yalandır”. Prof. Qulamrza Səbri Təbrizinin fəxri sədri olduğu Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədri Seymur Həsənli “Media forum” saytına açıqlamasında belə deyib. Avqustun əvvəllərində www.odnoklassniki.ru saytının Tehler Yan adlı erməni istifadəçisi 2010-cu il iyunun 18-dən 19-na keçən gecə cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrini böyük itkilərə məruz qoyub....
Tərtər rayonu Çaylı kəndi yaxınlığında İyun aynın 18-dən 19-na keçən gecə öz vəzifə borcunu yerinə yetirən zaman şəhid olan Azərbaycan ordusunun giziri Mübariz İbrahimovunun cəsədin onlarda olmadığnı Qırmızı Xaç Komitəsinə bildirən erməni tərəfi beynəlxalq humanitar hüquq normalarını, o cümlədən beynəlxalq humanitar hüququn bir hissəsi olan müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyalarını pozmuşdur. Beynəlxalq humanitar hüquqa görə sınaqdan keçirilmiş konkret təcrübə göz qabağındadır.
Qubadlı rayonunun işğalında 17 il ötür. 17 iolir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi.
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) işğal altında olan Dağlıq Qarabağın Azərbaycan ərazisi oluğunu təsdiq edib. Belə ki, İrəvanın rəsmi mövqeyini ifadə edən XİN-in rəsmi saytında yerləşdirilən xəritələrdən birində işğal altında olan Azərbaycan torpaqları - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycan sərhədləri çərçivəsində göstərilib. Xarici İşlər Nazirliyinin bu addımı ölkə mətbuatını ayağa qaldırıb.
Azərbaycanın İrandakı sabiq səfiri, Milli Elmlər Akademiyasının müxbir üzvü Əlyar Səfərlinin yeni kitabı nəşr olunub. "Bölünmüş Azərbaycan, böyük elçinin düşüncələri" kitabı Bakıda, "Ozan" nəşriyyatında nəfis tərtibatda çapdan çıxıb. Kitabda ömrünü Azərbaycanın tarixi sərhədlər çərçivəsində bütövləşməsi uğrunda mübarizəyə həsr etmiş tanınmış ziyalının İranda səfir işlədiyi dövrdə Güney Azərbaycanda gördüyü işlər, apardığı söhbətlərlə bağlı materiallar, son illər Güney Azərbaycanla bağlı Azərbaycan mətbuatında çap olunmuş məqalələri toplanıb.
25 avqust 2010 -cu il tarixində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) internet saytının rəsmi açılış mərasimi keçirildi. Mərasimi açan TÜRKPA Baş katibi cənab Ramil Həsənov qonaqları salamlayaraq, TÜRKPA-nın quruluşu, fəaliyyəti və əsas məqsədləri, TÜRKPA Beynəlxalq Katibliyinin son 8 ayda fəaliyyəti haqqında geniş məlumat vermiş, həmçinin Katibliyin beynəlxalq heyəti ilə mətbuat nümayəndələrini tanış etmişdir.
Suçu təsdiqlənməyən jurnalist bir il azadlıqdan məhrum edilib. İran hakimiyyətinin söz və mətbuat azadlığına qarşı təzyiqləri davam edir. Ötən gün hakimiyyət seçkidən sonrakı müxalifətin təmsilçilərinin fotolarını çap etməyi yasaqlayıb. Onu da qeyd edək ki, indiki hakimiyyət iş başına gələndən sonra əsas rəqibi saydığı və devirdiyi Məhəmmədrza şah və ailəsi haqda da belə qərar vermişdi. Bir neçə il öncə Rəfsəncaninin qızı Faizənin başçılıq etdiyi “Qadınlar” jurnalında şahın xanımı Fərəh Dibanın fotosu çap olunduğuna görə dərgi cəzalandırılmışdı. Bunu xatırlatmaqda məqsədimiz İslam Respublikasında söz və ...
DAK informasiya mərkəzinə daxil olan məlumata görə İranda həbsdə olmuş azərbaycanlı alim Rəşid Əliyev bu ölkənin “Sazan Electronics İndustry Company” şirkətini məhkəməyə verəcək. Bu barədə bu gün İranda həbsdən azad olunmuş azərbaycanlı alim Rəşid Əliyev özü məlumat verib. O, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, səhhətində ciddi problemlər yaranıb və əməkdaşlıq etdiyi İran şirkəti ilə gizli layihələr həyata keçirtmək barədə heç bir müqavilə imzalamayıb. Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev ...
Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ... 













